Belediyye.infonun suallarını Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Valeh Abdullayev cavablandırıb:
- Bələdiyyənizin ötən ilki fəaliyyəti Sizi qane edirmi?
- Məlumat üçün bildirim ki,mən 2016-ci ilin aprel ayının 14-dən bələdiyyə sədr seçilmişəm. Deyərdim ki. 2016-ci il Muxax bələdiyyəsi üçün bəzi cətinliklərimiz olsa da uğurlu il olmuşdur. Muxax bələdiyyəsi ərazisində büdcə imkanları daxilində bir sıra layihələr həyata keçirə bilmişik.
-Bəs 2017-ci ildə bələdiyyənizdən hansı irəliləyişləri gözləyirsiniz?
- Mən sədr olaraq calışacağam ki, rayonun bələdiyyələri arasında 2017-ci ildə ən yaxşı sayılıb seçilən bələdiyyələrdən biri olaq. Buna bizim imkanlarımız və hər cür şəraitimiz var. ərazidə fındıq bağları salınması işlərini aparırıq, kənd daxili yollarda təmir tikinti işləri aparılır. Ümüd edirik ki, ötən ildən tətbiqinə başlanılan Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) yerli özünü idarəetmə orqanlarının 2017-ci ildə daha da inkişaf etdirilməsinə, həmçinin şəffaflığın təmin edilməsinə köməkliyi olacaqdır.
- Bu gün bələdiyyə qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini təklif edərdiniz?
- Bələdiyyə qanunveriçiliyinin təkmilləşdirilməsiylə bağlı təklif edərdim ki, bələdiyyə mülkiyyətinə aid torpaqların xəritələri bələdiyyələrə vaxtında verilsin ki, bələdiyyə də öz mülkiyyətində olan torpaqlara sahiblik edə bilsin. Bununla bağlı bir çox cətinliklər mövsuddur.
-Bələdiyyənin maliyyə vəziyyətinin düzəlməsi üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac vardır?
-Bələdiyyənin maliyyə vəziyyətinin düzəldilməsinə hər bir bələdiyyə üzvləri bələdiyyə qulluqcuları məsuliyyətli olmalı işlərini qanunvericiliyə müvafiq qurmalıdırlar.Bələdiyyələrə maliyyə vəziyyətinin düzəldilməsinə müəssisələrin acılmasına fəaliyyət göstərməsinə köməklik göstərilməlidir.Çox aşağı faizlə kreditlər verilməsini təklif edərdim.
-Bu gün bələdiyyələrin işinə digər strukturlar tərəfindən müdaxilələr görürsünüzmü?
- Mən bələdiyyənin işinə heç bir müdaxiləninin olmasını görməmişəm, deyərdim ki, bəzi strukturlar bələdiyyələrə müəyyən köməklik göstərir.
Zaqatala RiH -i, şəki Regional ədliyyə idarəsini, Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasını misal göstərə bilərəm.
Son olaraq qeyd edim ki, bələdiyyənin fəaliyyəti barədə onun deyə bilərəm ki, 2016-ci ildə vergilərin vaxtında yığımında, digər sahələrdə irəlləyişlər olmuşdur. inanıram ki, 2017-ci ildə bələdiyyə fəaliyyətində hiss olunacaq qədər inkişaf olacaqdır. Calıcağıq ki, fəaliyyətimizdən görülmüş işlərdən ərazimizdə olan seçicilərimiz bizdən razı qalsınlar.
Belediyye.info